Sumqayıtda qaynar qazan 3 yaşlı uşağın üstünə aşıb
Azyaşlı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb
Azərbaycanın Sumqayıt şəhərində 3 yaşlı uşaq yanaraq ölüb.
Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.
Hadisə şəhərin 41-ci məhəlləsində yerləşən yataqxanada qeydə alınıb. Həmin ünvanda yaşayan, 2006-cı il təvəllüdlü Şirin İlqar oğlu Şirinov evdə ehtiyatsız davranaraq qaynar su ilə dolu qazanı üstünə aşırıb. Ailə üzvləri 3 yaşlı Şirini dərhal xəstəxanaya çatdırsalar da, aldığı yanıq xəsarəti ağır olduğundan həkimlər onun həyatını xilas edə bilməyiblər.
Faktla bağlı araşdırma aparılır.

918