Səhiyyə Nazirliyi Saatlıdakı hadisəyə rəsmi münasibət bildirdi
Səhiyyə Nazirliyi mayın 23-də Saatlı rayonun Nahaqlı kəndində bir ailənin 5 üzvünün naməlum xəstəliyə yoluxması barədə məlumatlara dair rəsmi açıqlama yayıb.
Lent.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda Qasımovlar ailəsinin 4 nəfər üzvi qusma, ishal və hərarət əlamətləri ilə rayonun təcili tibbi yardımına müraciət edib və onlar mərkəzi xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə qəbul olunublar. İlkin müayinədən sonra onlara qida zəhərlənməsi (enterokolit) diaqnozu təyin edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, onlar ev şəraitində hazırlanmış qida qəbul ediblər.
Bununla belə, nazirliyin məlumatında söhbətin hansı qidadan getdiyi açıqlanmır. Ancaq xəstələrdən götürülmüş nümunələr laborator müayinəsinə göndərilib. Hazırda xəstələrin vəziyyəti kafidir.
Xatırladaq ki, mayın 23-də Qasımovlar ailəsinin üzvü - 48 yaşlı üzvi Şahin Qasımov epilepsiya tutması nəticəsində dünyasını dəyişib. Ailənin digər 4 üzvü isə xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyi bu faktın “kütləvi informasiya vasitələrində əsassız təşviş yaratdığını” qeyd edir.
Elxan SALAHOV

584