Saatlıda bir ailədən 5 nəfərin xəstəxanaya yerləşdirilməsinin səbəbi məlum oldu
25 may 2009 17:15 (UTC +04:00)

Saatlıda bir ailədən 5 nəfərin xəstəxanaya yerləşdirilməsinin səbəbi məlum oldu

Ailə üzvləri ən ailə üzvləri xiyar turşusundan zəhərləniblər

Azərbaycanın Saatlı rayonunda bir ailənin “donuz qripi”nə yoluxması faktı öz təsdiqini tapmayıb.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Saatlı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ələkbər Əkbərov məlumat verib. Onun sözlərinə görə, rayonun Naharlı kəndində ürək bulanması və yüksək hərarətdən şikayətlənərək xəstəxanaya yerləşdirilən Qasımovlar ailəsinin üzvləri “donuz qripi”nə yoluxmayıblar.

Ə. Ələkbərov deyib ki, toplanılan məlumatlar və analizlər onlarda “donuz qripi”nin aşkarlamadığını təsdiqləyib: “Sadəcə, ailə üzvləri konservləşdirilmiş xiyar yeyib və bunun nəticəsində zəhərləniblər. Ailənin bir üzvü - ruhi xəstə olan 48 yaşlı Şahin Qasımovun isə dünyasını dəyişməsi başqa xəstəliklə əlaqədar olub”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 808

Oxşar yazılar