3 yaşlı uşağın cibindən 92 ədəd “ekstazi” tapıldı
25 may 2009 14:15 (UTC +04:00)

3 yaşlı uşağın cibindən 92 ədəd “ekstazi” tapıldı

Türkiyənin turistik bölgələrindən olan Marmarisdə narkotacirlər inanılmaz üsula əl atıblar.

Lent.az-ın məlumatına görə, polis şübhəli şəxs qismində 42 yaşlı E.G. adlı kişini və 30 yaşlı N.M. adlı qadını saxlayıblar. Həmin vaxt qadının 3 yaşlı oğlu da onların yanında olub. Polis əməkdaşları E.G. ilə N.M.-nin üstünə baxış keçirib, ancaq heç nə tapılmayıb. Polislərdən biri 3 yaşlı körpənin ciblərini axtarıb, oradan 92 ədəd “ekstazi” aşkarlanıb.

Hər iki şəxs saxlanılıb, barələrində cinayət işi başlanılıb. Baş verənləri dərk etməyən azyaşlı isə dövlət himayəsinə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 862

Oxşar yazılar