Uzun müddət axtarışda olan nardaranlı sərhəddə tutuldu
Uzun müddət axtarışda olan Nardaran sakini Rusiyadan Azərbaycana qayıdarkən Yalama sərhəd-keçid məntəqəsində həbs edilib.
Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi Zaur Bədəlov məlumat verib. Bölmə rəisinin bildirdiyinə görə, Nardaran qəsəbəsinin sakini Əli Məmmədov ötən ildən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. Onun 2008-ci ilin əvvəllərində Nardaranda torpaq alğı-satqısı adı ilə bir neçə vətəndaşın külli miqdarda pulunu mənimsədiyi bildirilir.
Həmin vaxtdan polis tərəfindən axtarılan Ə. Məmmədov ölkədən qaçaraq Rusiya Federasiyasının Tümen şəhərində gedib. Nəhayət o, ötən gün Azərbaycana qayıdarkən Yalama sərhəd-keçid məntəqəsində tutularaq Bakı şəhərinə gətirilib.
Hazırda onun barəsində başlanan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Oxşar yazılar

Ağdamda mina partladı - Polis əməkdaşı xəsarət aldı
30 iyun 2025 , 02:13Bakıda əməliyyat: Narkotacir zərərsizləşdirildi, daha bir nəfər saxlanıldı
30 iyun 2025 , 02:09
Gəncədə qonşu davası - Yaşlı qadın bıçaqlandı
29 iyun 2025 , 23:00
Xırdalanda güclü yanğın başladı - VİDEO
29 iyun 2025 , 22:08
Şəkidə 75 yaşlı kişini maşın vurub öldürdü
29 iyun 2025 , 21:10
Samuxda evdən 86 yaşlı qadının yanmış meyiti tapıldı
29 iyun 2025 , 19:23
Seyfəddin Hüseynli: “Yekaterinburqda öldürülən qardaşlarımın nəşi sabah gətiriləcək”
29 iyun 2025 , 19:08