Bakıda ata və oğlu faciəvi şəkildə öldü
Avqustun 27-də Bakı şəhərinin Qaradağ rayonu ərazisində faciəvi hadisə baş verib. Lent.az-ın məlumatına görə, Lökbatan qəsəbəsi ərazisində yolun kənarında yeni tikilən elektrik yarımstansiyasında işləyən Sabunçu rayon, Balaxanı qəsəbəsinin sakini, 1960-cı il təvəllüdlü Dadaşov Ülfət Dadaş oğlunun və onun oğlu, 17 yaşlı Nurlanı elektrik cərəyanı vurub. Nəticədə ata və oğlu hadisə yerində keçinib.
Qeyd edək ki, Ü.Dadaşov qeyd edilən yarımstansiyada işləyirmiş və oğlunun özünü kömək etmək üçün gətiribmiş.
Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.
Nizam RZA
Qeyd edək ki, Ü.Dadaşov qeyd edilən yarımstansiyada işləyirmiş və oğlunun özünü kömək etmək üçün gətiribmiş.
Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.
Nizam RZA
3663