“KamAZ”ın minik maşınına çırpıldı: iki nəfər xəsarət alıb - FOTO
04 noyabr 2019 02:03 (UTC +04:00)

“KamAZ”ın minik maşınına çırpıldı: iki nəfər xəsarət alıb - FOTO

0

 

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qarasu kəndində qeydə alınıb.

Hərəkətdə olan “KamAZ” markalı yük avtomobili yol kənarında dayanan “VAZ 21014” markalı minik maşınına çırpılıb. Qəza nəticəsində minik maşınında olan Siyəzən rayon sakinləri - 1999-cu il təvəllüdlü Əmiyeva Günel və 2004-cü il təvəllüdlü Gülbalayev Elsevər Asif oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. 
Hər iki yaralı Şirvan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə keçirildiyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1374

Oxşar yazılar