Vanna otağında  bağırsaq infeksiyası   yaradan bakteriyalar - Nə etməli?
10 yanvar 2025 19:20 (UTC +04:00)

Vanna otağında bağırsaq infeksiyası yaradan bakteriyalar - Nə etməli?

Adi bakteriyalar vanna otağında zərərli bağırsaq infeksiyalarına səbəb ola və digər təhlükəli ev bakteriyalarının yayılmasına şərait yarada bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu problemin bütün təfərrüatlarını həkim və məşhur TikTok-bloger Karan Racan açıqlayıb.

O bildirib ki, vanna otağında olan adi bakteriyalar zərərli bağırsaq infeksiyalarına səbəb olmaqla yanaşı, digər təhlükəli mikrobların çoxalmasına da səbəb olur. Xüsusilə "çəhrayı kif" adlanan və sabun və şampun qalıqları ilə qidalanan mikroblara diqqət yetirilib.

Vanna otağında bakteriyaların inkişafına nə səbəb olur?

Bir çox insan vanna otağının künclərində görünən çəhrayı və ya açıq narıncı örtüyə diqqət edib. Doktor Karan Racan izah edir ki, bu kif deyil, xarakterik çəhrayı selik ifraz edən bakteriyadır.

O vurğulayıb ki, bu bakteriyanın yaranması narahatlıq doğura bilər: Vanna otağının nəmli mühiti digər təhlükəli mikrobların çoxalması üçün ideal şərait yaradır.

Böyük britaniyalı cərrah və universitet müəllimi olan doktor Racan xəbərdarlıq edib ki, zəif immunitetə malik insanlar üçün bu bakteriya ciddi problemlərə, məsələn, bağırsaq infeksiyalarına, sidik yolları iltihablarına və hətta tənəffüs orqanları xəstəliklərinə səbəb ola bilər.

Ekspert bildirib ki, bu maddə – Serratia marcescens bakteriyasıdır və bu bakteriya nəm səthlərdə parlaq çəhrayı örtüklə yayılır:

"Əgər vanna otağınızda daim yüksək rütubət varsa, bu seliklə qaçılmaz şəkildə qarşılaşacaqsınız. O, sabun və şampun qalıqlarının yağlı izləri ilə qidalanır və belə şəraitdə inkişaf edir".

Özünüzü və vannanızı necə qorumaq olar?

Təhlükəli bakteriyaların yaranma riskini azaltmaq üçün doktor Racan bir neçə sadə, amma effektiv tövsiyə verib:

1. Rütubəti izləyin - Duşdan sonra pəncərəni açın və ya ventilyatoru işə salın ki, artıq rütubət çıxsın.

2. Duşu qurudun - İstifadədən sonra səthləri silin və su qalıqlarını aradan qaldırın.

3. Vannanı müntəzəm təmizləyin - Bütün səthləri, xüsusilə, sabun qalıqlarının toplandığı yerləri dezinfeksiya edici vasitələrlə təmizləyin.

"Sizin vanna otağınız göründüyündən çox daha çirkindir. Müntəzəm təmizlik və yaxşı ventilyasiya yalnız gigiyena deyil, həm də sağlamlığınızın qorunmasıdır," – həkim qeyd edib.

Bu tövsiyələrə riayət edərək, zərərli bakteriyaların çoxalmasının riskini əhəmiyyətli dərəcədə azalda bilərsiniz və vanna otağını bütün ailə üçün təhlükəsiz edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 477
avatar

Rəhman Mirzəlizadə

Oxşar yazılar