Həftədə bir dəfə yataq dəstinizi yumasanız, bu xəstəliyə YOLUXACAQSINIZ
28 noyabr 2022 11:36 (UTC +04:00)

Həftədə bir dəfə yataq dəstinizi yumasanız, bu xəstəliyə YOLUXACAQSINIZ

Həftədə bir dəfə yataq dəstlərinin yuyulması sizi ölümcül xəstəliklərdən qoruya bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, əgər bunu tez-tez etməsəniz, pnevmoniya, apendisit və ekzema kimi xəstəliklər kimi bir sıra sağlamlıq problemləri ilə üzləşə bilərsiniz.

Mütəxəssislər bildirirlər ki, bədən hər gecə yuxu zamanı minlərlə ölü dəri hüceyrəsini bədən yağları və mayeləri ilə birlikdə xaric edir. Xüsusilə allergiya, asma, rinit və ekzemanın kəskinləşməsi ilə əlaqəli olan toz gənələri də yataq dəstlərinə hopur.

Onlar, xəstə insanlar üçün çarşaf və yataq dəstlərinin hər gün dəyişdirilməsinin uyğun olduğunu, toz gənələrinin isə bəzi insanların orqanizmində böyük allergik reaksiya riski yarada biləcəyini deyiblər.

Bütün bu sağlamlıq risklərinə infeksiyaların ötürülməsinin çirkli çamaşırlar vasitəsilə də baş verə biləcəyi sübut edilib. Yataqların yoluxucu vasitəyə çevrilməsinin qarşısını almaq üçün mütəxəssislər həftədə ən azı bir dəfə yataq dəstini yumağı tövsiyə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5289
avatar

Oxşar yazılar