ABŞ-ın Detroyt şəhərində heyvan kolleksiyaçısı zooparka 800-dən çox tutuquşu hədiyyə edib.
Lent.az-ın xəbərinə görə, o, sözügedən quşları zooparka Yeni il hədiyyəsi kimi təqdim edib.
Kolleksiyaçının evinə gedən heyvan hüquqlarının müdafiəçiləri quşların antisanitariya şəraitində saxlandığını görüblər. Ev sahibi onlara hər ay 1200 dollar xərclədiyini bildirib.
Heyvan hüquqlarının müdafiəçiləri məsələ ilə bağlı polisə xəbər veriblər. ABŞ qanunvericiliyinə görə, heyvan kolleksiyaçıları onlarla düzgün rəftar etmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb edilə bilər.