Ukrayna prezidenti Vladimir Zelenskinin müşavirinə qarşı sui-qəsd edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, prezidentin müşaviri Sergey Şefirin avtomobilinə atəş açılıb. Hadisə paytaxt Kiyevin cənubundakı Linski bölgəsində qeydə alınıb.
Ukrayna polisinin yaydığı məlumata görə, avtomobilə 10-dan çox güllə atılıb, nəticədə sürücü yaralanıb.
Faktla əlaqədar polis əməkdaşları geniş əməliyyatlara başlayıb.
Sergey Şefirin sözlərinə görə, təcavüzkarlar dövlət başçısını qorxutmağa çalışıblar. Eyni zamanda, sui-qəsdin Ukrayna liderinin çevrəsindən olan birisi tərəfindən edilə biləcəyi versiyasını da istisna etməyib.
"Fərqli versiyalar görürəm. Sizə təsdiq edirəm ki, komandamızda heç bir münaqişə yoxdur", - müşavir vurğulayıb.