Yeni il işıqlarını yandıran qadın CƏRİMƏLƏNDİ
18 noyabr 2021 05:08 (UTC +04:00)

Yeni il işıqlarını yandıran qadın CƏRİMƏLƏNDİ

0

İsveçrənin Qlatfelden kommunasında yaşayan gənc qadın maraqlı vəziyyətlə üzləşib.

Lent.az-ın xəbərinə görə, qadının evinin fasadındakı yeni il bəzəkləri narazılıq yaradıb. 

Qonşular onun yeni il işıqlarını yandırmasından polisə şikayət ediblər və qadın 100 frank (təqribən 180 AZN) cərimələnib. 

Qadın məsələni vəkilə danışdıqda vəziyyət məlum olub. Belə ki, sözügedən kommunada işıqlandırma məsələsi çox ciddidir. Yeni il lampaları 28 dekabr – 6 yanvar tarixdə yandırıla bilər.  Gecə 01.00 – 06.00 arasında isə bütün əlavə işıqlar söndürülməlidir. Məsələ ilə bağlı Konfederasiyada vahid qanun yoxdur, bələdiyyələr işıqlandırma vaxtını seçməkdə sərbəstdir. 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1487

Oxşar yazılar