Vladiqafqazdakı xəstəxanda oksigen qazının partlaması nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, 11 nəfər partlayış nəticəsində ölmüşdüsə, 24 nəfər “COVID-19” xəstəsi isə məhz oksigen çatışmazlığından dünyasını dəyişib.
***
10 avqust, saat 13:48
Rusiyanın Vladiqafqaz şəhərində xəstəxanada baş vermiş qəza nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, 9 nəfər hadisə zamanı ölüb, digər 2 pasiyent sonradan vəfat edib.
Həkimlər onlardan birinin ölümünü oksigen sistemindəki nasazlıqla əlaqələndirmirlər.
***
12:24
Rusiyanın Vladiqafqaz şəhərində Təcili Tibbi Yardım xəstəxanasının oksigen stansiyasında qəza baş verib.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə zamanı 9 nəfər həyatını itirib.
Ölənlərin əksəriyyəti 47-85 yaş arasında olan pasiyentlərdir.
Hadisə ilə bağlı istintaq başladılıb.
Sevinc Fərid