Ukraynanın azad etdiyi Xerson şəhərindən maraqlı görüntülər yayılıb.
Lent.az-ın “Associated Press” xəbər agentliyinə istinadən məlumatına görə, ruslara kömək edən şəhər sakinlərinin bir hissəsi Rusiya ordusu ilə qaçıb.
Yerdə qalanlar isə müharibə zamanı ruslara kömək etməkdə ittiham olunaraq saxlanılıb.
Agentliyin yaydığı görüntülərdə həmin insanların küçələrdə əlləri dirəklərə bağlı vəziyyətdə tutulduğu əks olunub. Ukraynalı əsgərləri isə xain olduğu iddia edilən şəxslərin başında keşik çəkir.
Agentliyin yaydığı bu görüntülər dünya mediyasında gündəm olub.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri noyabrın 11-də Xersonun Pravdino, Kiselyovka və Kalinovski kəndlərini, o cümlədən şəhərini azad edib.