Zimbabvedə 40-dan çox fili kalsium-sianitlə zəhərləyərək, öldürən 5 nəfər həbs olunub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ölkənin Xvanq Milli parkından 41 filin cəsədi aşkarlanıb.
Fillərin brakonyerlər tərəfindən belə kütləvi öldürülməsi ölkə tarixində ilk hadisədir.
Hakimiyyət ehtiyat edir ki, zəhərlənmiş fillərə toxunan insanlar və heyvanlar da ölə bilər.