Yunan Kiprinin prezidenti Nikos Anastasiadis özünün aylıq əmək haqqının 25 faiz, nazirlər kabinetinin üzvlərinin isə maaşlarının 20 faiz azaldılması barədə qərar qəbul edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, buna səbəb Kiprin üzləşdiyi maliyyə problemi göstərilir. Bundan başqa hökumət üzvləri 13-cü əmək haqqından da imtina ediblər.