Yukiya Amano: “...gizli saxlanılacaq”
12 noyabr 2013 16:41 (UTC +04:00)

Yukiya Amano: “...gizli saxlanılacaq”

“İranın narahatlıqları nəzərə alınacaq, bu ölkənin nüvə obyektləri və reaktorları ilə bağlı məlumatlar tamamilə gizli saxlanılacaq”.


 

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) icraçı direktoru Yukiya Amano deyib.

 

Onun sözlərinə görə, tərəflər arasında əməkdaşlığa dair imzalanmış yeni bəyanatda əvvəlki hesabatlarda əksini tapan və nizamlanan maddələrə yer verilməyib: “Agentliyin geridə qalan fikir ayrılıqlarını yüksək enerji və əməkdaşlıqla həllə qovuşduracağına inanıram”.

 

Y. Amano İranın bəyanatda əksini tapmış üç aylıq müddətdə monitorinqə icazə verdiyi iki obyektə nəzarət edərək hesabatlarını təqdim edəcəyini deyib.

 

AEBA-nın icraçı direktoru bəyanatın İranla “altılıq” ölkələri arasında aparılan nüvə müzakirələrinə müsbət təsirinin olub-olmayacağı sualına da cavab verib: “Mən bundan əvvəl də bildirmişdim. İranın AEBA ilə apardığı danışıqlar “altılıq” ölkələri ilə keçirdiyi müzakirələrdən tamamilə ayrıdır. Bu səbəbdən bəyanatın İranla “altılıq” ölkələri arasındakı müzakirələrə necə təsir göstərəcəyini şərh etməyin uyğun olacağını düşünmürəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 715
avatar

Oxşar yazılar