Atom Enerjisi üzrə Beynəlxalq Agetliyin (AEBA) idarə şurası martın 6-da Yukia Amanou quruma yenidən sədr seçib.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, o, 2009-cu ildə misirli Məhəmməd əl-Baradeyi əvəzləyib. Baradey isə AEBA-ya 1997-ci ilin dekabrından başçılıq edib. 2001 və 2005-ci illərdə iki dəfə sədr seçilib. 2005-ci ildə isə o, AEBA ilə birlikdə Nobel sülh mükafatına layiq görülüb.