Ermənistanın paytaxtı Yerevanda fəaliyyət göstərən ticarət mərkəzlərindən birində bıçaqlanma olub, ölən və yaralanan var. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə DİN-in yaydığı açıqlamada bildirilir. İnsident “Qızıl Dünyası” ticarət mərkəzində baş verib. Mübahisə zamanı naməlum şəxs 40 yaşlı kişini bıçaqlayaraq qətlə yetirib və 33 yaşlı digər şəxsi isə yaralayıb.
“Şübhəli şəxsin kimliyini müəyyən etmək mümkün olub. Onun saxlanılması istiqamətində tədbirlər davam etdirilir. İnsidentin təfərrüatları müəyyənləşdirilir”, - deyə məlumatda qeyd edilir.