Yəməndə intiharçının özünü partlatması nəticəsində azı 12 nəfər həlak olub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, həlak olanların hamısı hakimiyyətyönlü qüvvələrin təmsilçiləridir.
Məlumata əsasən, Lauder şəhərində intiharçı partlayıcı qurğu quraşdırılmış maşını hakimiyyət hərbçilərinin binasına çırpıb.
Rəsmilər bu partlayışı «əl-Qaidə»-nin həyata keçirdiyini ehtimal edir.