Ukrayna Ali Radası hazırkı baş nazir Arseni Yatsenyuku yenidən bu vəzifəyə təsdiqləyib.
APA-nın Ukrayna saytlarına istinadən yaydığı məlumata görə, qərarın lehinə 341 deputat səs verib.
A. Yatsenyukun namizədliyini prezident Petro Poroşenko təqdim edib.
1974-cü il təvəllüdlü Arseni Petroviç Yatsenyuk 2005-2006-cı illərdə iqtisadiyyat naziri, 2007-ci ildə xarici işlər naziri, 2007-2008-ci illərdə Ali Radanın sədri vəzifələrində çalışıb. 2014-cü il fevralın 27-dən bəri baş nazir vəzifəsini tutur. Son parlament seçkilərində proporsional sistem üzrə ən çox səs toplayan Xalq Cəbhəsi Partiyasının lideridir.