Yanukoviçə qarşı sanksiya kampaniyası
27 noyabr 2013 07:26 (UTC +04:00)

Yanukoviçə qarşı sanksiya kampaniyası

ABŞ-ın  prezident administrasiyasının saytında Ukraynan prezidenti Viktor Yanukoviçə qarşı sanksiya tətbiqi tələbi ilə imza toplamaya başlanılıb.

 

Lent.az-ın «İTAR- TAAS» -a istinadən məlumatına görə, kampaniya təşəbbüskarlarının müraciətində avrointeqrasiyanın dayandırılmasından narazı olduqları bildirilib: «Biz Ukrayna xalqını qərb sivilizasiyasına yaxınlaşma hüququndan prezidenti Viktor Yanukovç və onun hökumətinin imtina etməsi ilə razılaşa bilmərik».

 

 

Müəlliflər tələbə edib ki, Yanukoviçə, ölkənin nazirlər kabinetinə ABŞ və Avropa Birliyi ölkələrinə getmək yasaqlansın, eləcə də qərb dövlətlərində onlara bağlı şirkətlərin  bank hesabları dondurulsun.

 

30 gün ərzində yüz min imza toplanarsa, o halda bu məsələyə Ağ ev baxa bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1084
avatar

Oxşar yazılar