Ukrayna parlamentinin sədri Vladimir Rıbak bildirib ki, əgər ölkənin ali radası hökumətin istefası təşəbbüsünü qəbul edərsə, o zaman prezident Viktor Yanukoviç nazirlər kabinetinin istefası haqda qərar qəbul edə bilər.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Ukrainskaya pravda» xəbər yayıb.
O, əlavə edib ki, belə qərar qəbul edilərsə, o halda fövqəladə vəziyyət rejimi tətbiqinə ehtiyac qalmayacaq.