Ukrayna prezidenti Viktor Yanukoviç Avropa Komissiyasının başçısı Joze Manuel Brarrozaya ölkədə fövqəladə vəziyyət (FV) rejimi tətbiq etməyəcəyinə söz verib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda Avrokomissiyanın təmsilçisi Olivye Bayi Brüsseldə bildirib.
Mənbə xatırladıb ki, bir müddət öncə Ukrayna KİV deputatların növbədənkənar iclasında fövqəladə vəziyyətin tətbiqi ilə bağlı imza topladıqları barədə xəbər yaymışdı.