Xorvatiyanın şimal rayonlarına qasırğadan ciddi zərər görüb. Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, saniyədə 60 metr sürətlə əsən külək nəticəsində ağaclar, divarlar, reklam lövhələri aşıb.
Varajdin şəhərində ağacın bir kişinin üstünə aşaraq, öldürüb. Ölkənin iri ticarət limanı Riekada isə 20 nəfər xəsarət alıb, onların 2-sinin durumu ağırdır.
Təbii fəlakət nəticəsində Xorvatiyanın şimal rayonlarında həyat iflic olub.
Qasırğa ölkənin tarixi arxitektur tiklilərindən sayılan Köhnə Dəyirmanın divarlarının bir hissəsini aşırıb.
Qasırğaya paytaxt Zaqrebdəki hava limanının işini əngəlləməyib. Təyyarələr qrafik üzrə uçuş edib.
Ölkənin şimal rayonlarında daha güclü tufanın olacağı barədə xəbərdarlıq elan olunub.