Xəzərin hüquqi statusunun qısa müddətdə müəyyənləşəcəyini gözləmək olmaz
27 avqust 2013 16:24 (UTC +04:00)

Xəzərin hüquqi statusunun qısa müddətdə müəyyənləşəcəyini gözləmək olmaz

 İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsindən danışıb.


 

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, A. Əraqçı bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi həftəlik mətbuat konfransında bildirib ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi xeyli mürəkkəb və yüksək texniki müzakirələr tələb edən məsələdir: “Sahilyanı 5 ölkənin də məsələ ilə bağlı müxtəlif düşüncələri və siyasətləri var. Bu baxımdan Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi asan məsələ deyil. İran prezidentinin Xəzər dənizi ilə bağlı xüsusi nümayəndəsi var.

 

Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi İranın yeni hökumətinin də prioritet məsələlərindən biridir. Ancaq dənizin hüquqi statusunun qısa müddət ərzində müəyyənləşdiriləcəyini gözləmək olmaz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 367
avatar

Oxşar yazılar