Dağıstanın Xasavyurt rayonunun Musalu kəndində atışma olub.
Lent.az-ın «İnterfaks»a istinadən məlumatına görə, naməlum yaraqlılar polisə atəş açıb. Cavab atəşi nəticəsində iki yaraqlı öldürülüb.
Məlumata əsasən, polislər xəsarət almayıb.
Mənbə bildirib ki, yaraqlıların şəxsiyyət müəyyənləşdirilib: 22 yaşlı Məhəmmədtahir Nurov,33 yaşlı Talim Rəsulov.