İran Dini Ekspertlər Şurasına yeni başçı, müavinlər və rəyasət heyətinə katib seçilib.
Lent.az-ın «İRNA»-ya istinadən məlumatına görə, şuranın 4-cü çağırışı ayətulla Məhəmmədrza Məhdəvi-Kanini 2 illiyinə yenidən sədr edib. Şuranın toplantısında iştirak edən 70 üzvdən 64-ü onun leyihnə səs verib.
Ayətullah Haşimi-Şahrudi onun birnci müavini, ayətullah Yəzdi ikinci müavini, Dürri Nəcəfabadi, höccətülislam Seyid Əhməd Xatəmi isə rəyasət heyətinin katibləri olub.
Xatırladaq ki, Dinni Ekspertlər Şurası (Məclisi Xubreqan) İslam Respublikasının özəl dövlət qurumdur.O, ölkənin ali rəhbərini (ayətullah Seyid Əli Xamneyinin tutduğu vəzifə) seçir. Şuranın 86 üzvü var. Onlar ümumxalq səsverməsi yolu ilə 8 illiyinə seçilir. Şura ildə iki dəfə toplanır.
Dini Ekspertlər şurası rəhbərin dəyişdirilməsi və ya onun təyin edilməsi ilə bağlı qərar qəbul edir. Ölkə Ana Yasasında bu sahədə hüquqi boşluq var. Çünki qurum üzvlərini səlahiyyəti dəqiq müyyənləşməyib. Onların fəaliyyəti daha çox şuranın ixtiyarına buraxılıb.
Şuranın iclasları bir qayda olaraq, qapalı keçirilir. Protokollara yalnız ali rəhbər baxa bilər.