Xamneyi: «ABŞ-la danışıq –Şeytanla danışmaqdır»
10 yanvar 2014 04:47 (UTC +04:00)

Xamneyi: «ABŞ-la danışıq –Şeytanla danışmaqdır»

İranın nüvə proqrammı ilə bağlı danışıqların növbəti mərhələsinin başlaması ərəfəsində ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamneyi ABŞ-ın tənqid edib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, o, deyib: «Danışıqların gedişində Amerikanın İrana düşmən olduğu aşkarlanıb. Bir müddət öncə biz bəyan etdik ki, kinli təbiətini öldürmək üçün bəlli məsələlərlə bağlı Şeytanla da danışıqlar aparmağa hazırıq. Nüvə danışıqları sübut etdi ki, ABŞ İranın, iranlıların, islamın və müsəlmanların düşmənidir».

 

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif isə yanvarın 8-də «Facebook» səhifəsində yerləşdirdiyi yazıda İranla 5+1 qrupu (ABŞ, Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasında Cenevrədə keçirilmiş son nüvə razılaşmasına toxunub.

O, bildirib ki, Cenevrə razılaşmasının müsbət nəticə verəcəyinə ümidvardır: «Biz Cenevrə razılaşmasının icrasına ciddi yanaşırıq. Hesab edirik ki, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi ilə, eləcə də qarşılıqlı ehtiram və hörmət prinsipi əsasında danışıqların daha çətin mərhələsinə başlaya, problemin tam həlli üçün mükəmməl bir çözüm yolu tapa bilərik. Bu mümkündür».

Xatırladaq ki, danışıqların növbəti mərhələsi yanvarın 9-10-da Cenevrədə keçirilir. ABŞ-ın bu danışıqlarda dövlət katibinin müavini Vendi Şerman təmsil edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 969
avatar

Oxşar yazılar