Volqoqradın mərkəzində Dağıstan nömrəsi ilə 2 mərtəbəli sərnişin avtobusda yanğın baş verib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, yanğın avtobusun yük yerində elektrik naqillərinin qısaqapanması nəticəsində törəyib. Baş vermiş olay nəticəsində xəsarət alan olmayıb.
Avtobusun sərnişinləri isə Özbəkistan vətəndaşları olub. Onlar Volqoqraddan Qazaxıstana iş axtarmaq məqsədi ilə gedirmiş.