Vladivostokda Özbəkistan vətəndaşı uşağını küçədə dünyaya gətirdi
08 noyabr 2013 12:29 (UTC +04:00)

Vladivostokda Özbəkistan vətəndaşı uşağını küçədə dünyaya gətirdi

Vladivostokda doğum evinin əməkdaşları hamilə Özbəkistan vətəndaşını sənədləri olmadığı üçün qəbul etməkdən imtina ediblər.


 

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, doğuş sancıları başlayan qadın övladını xəstəxananın yanında dünyaya gətirməyə başlayıb.

 

Bu barədə dərhal polisə məlumat verilib. Araşdırma aparan polis xəstəxananın xəstəni qəbul etməkdən imtina etməsinin səbəbini müəyyənləşdirib. Bəlli olub ki, qadının nə şəxsiyyətini təsdiq edən sənədi, nə də sığorta polisi var. Polis təcili yardımın köməyi ilə qadını xəstəxanaya çatdırıb və uşaq xəstəxana dünyaya gəlib.

 

Polisin araşdırmasının nəticələri müvafiq qərarın qəbul olunması üçün istintaq orqanına təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1003
avatar

Oxşar yazılar