Venesuela prezidenti 21 illik məşuqəsi ilə evlənib
17 iyul 2013 07:19 (UTC +04:00)

Venesuela prezidenti 21 illik məşuqəsi ilə evlənib

Venesuela prezidenti Nikolas Mudro vətəndaş nikahında (məşuqəsi) olduğu xanımı Silliya Floreslə evlənib. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, deyib ki, uzun müddətli münasibətlərini qanuniləşdirib.

 

«Ölkə Konstitusiyasının tələblərinə əsasən, Siliya və mən münasibətlərimizi qanuniləşdirdik» - deyə, Maduro söyləyib.

 

S.Flores əvvəllər ölkənin baş prokurorluğunda vəzifə tutub. Maduro ona bu ilin aprelində prezident seçkiqabağı kampaniya zamanı evlənəcəyini boyun olub.

 

Maduronun sözlərinə görə, onların əlaqəsi 1992-ci ildən, hələ Siliya vəkil işləyərkən başlayıb. Onda Flores hərbi devrilişə cəhd edən hərbçiləri, o cümlədən Uqo Çavesi müdafiə edirmiş.

 

«Onun evini azı 20 dəfə axtarıblar. Bir dəfə 9 yaşlı oğlu ilə birlikdə həbs də atmışdılar... Onun tək günahı komandan Uqo Çavesin vəkili olması idi» - deyə, Maduro xanımı haqda bunları danışıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1946
avatar

Oxşar yazılar