Vaşinqtonda radioaktiv tullantılar anbarında sızma
23 fevral 2013 07:03 (UTC +04:00)

Vaşinqtonda radioaktiv tullantılar anbarında sızma

Vaşinqton ştatının qubernatoru Cey İnsli bildirib ki, radioaktiv tullantılar saxlanılan anbar komplekslərindən 6-da sızma müşahidə olunur.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ötən həftə ştatın cənub-şərqindəki «Hanford Nuclear Reservation» anbar kompleksində sızmanın olduğu haqda xəbər yayılmışdı.

 

Qubernatorun sözlərinə əsasən, sızmanın miqyasının artması  haqqında yeni informasiya narahatedicidir.

 

İnsli onu da vurğulayıb ki, bu sızma insan sağlığı üçün hələlik təhlükə yaratmır.

 

Mənbə «Hanford Nuclear Reservation» kompleksində 177 anbar var. Orada milyonlarla litr nüvə tullantısı saxlanılır.

 

Bu kompleks 1940-cı illərdə tikilib və istismar müddətinin artıq keçdiyi bildirilib.

 

# 406
avatar

Oxşar yazılar