ABŞ-ın paytaxtı Vaşinqtonda, eləcə də qonşu ştatlarda güclü qar yağdığı və külək əsdiyi üçün məktəblər və dövlət müəssisləri bağlanıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Vaşinqtona son iki ildə rekord miqdarda – 30 sm qalınlığında qar yağıb.
Vaşinqton və Baltimor hava limanlarında 1500 reys təxirə salınıb.
Hakimiyyət ölkənin cənub-şərq bölgələrində elektrik enerjisinin kəsiləcəyi ilə bağlı xəbərdarlıq edib. Merilend ştatında 600 təsərrüfat artıq işıqsız qalıb.