Ümumdünya Səhiyyə Təşkilatından hepatit C virusuna yoluxan 150 milyondan çox insana şad xəbər var. Lent.az-ın məlumatına görə, ÜST Başlıca dərman vasitələrinin Nümunəvi Siyahısına ilk dəfə olaraq hepatit əleyhinə preparat daxil edib. Qeyd olunan siyahı iki ildən bir yenilənir və buraya təhlükəsizliyi, effektliliyi və qiymətlərinə görə səmərəliliyi beynəlxalq səviyyədə qəbul edilən dərman vasitələri daxil edilir.
Qeyd edək ki, Nümunəvi Siyahıya dəyişiklərin edilməsi dünyada ictimai səhiyyə qarşısında duran problemlərin dəyişməsini əks etdirir.