Ukraynada nümayişçilər hökuməti istefaya çağırdı
25 noyabr 2013 12:52 (UTC +04:00)

Ukraynada nümayişçilər hökuməti istefaya çağırdı

Ukrayna Nazirlər Kabinetinin binası qarşısında nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında növbəti qarşıdurma yaranıb.


 

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, Avropa Meydanında toplaşan mitinqçilər bu gün səhər müxalifətçi deputatların başçılığı ilə yaxınlıqdakı hökumət binasına doğru yürüşə keçiblər. Onlar əllərində “Yuliyaya azadlıq!”, “Ukrayna - Avropa Birliyinə!” yazılmış plakatlar tutublar və hökuməti istefaya çağırıblar. 

 

Hökumət binasına çatan yürüşçülərlə “Berkut” xüsusi təyinatlı milis dəstəsinin üzvləri arasında toqquşma baş verib. Milislər gözyaşardıcı qazdan istifadə ediblər.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483
avatar

Oxşar yazılar