Ukraynanın Donetsk vilayətinin Qorlovka şəhərindəki «Stirol» kimyəvi zavoda baş vermiş qəza nəticəsində 5 nəfər həlak olub, 20 nəfər xəsarət alıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Qorlovka şəhər şurasının mətbuat katibi marina Sokolova bildirib ki, xəsarət alanlar reanimasiya şöbəsinə yerləşdirilib.
«Onlar yanıb və ammiaka tullantısından zəhərlənib» - deyə, Sokolova söyləyib.
Məlumatına əsasən, qəza cari planlaşdırılımış əsaslı təmir zamanı baş verib. İlkin ehtimallara görə, qəzanın baş verməsinə səbəb maye ammiak kəmərindəki nasazlıqdır.
Hadisə yerində xilasedicilər çalışır.
«Stirol» konserni Ukraynanın ən iri neft məhsulları, o cümlədən mineral gübrə istehsal edən ən iri müəssisələrindəndir.