Ukraynada 286 zorlanmış qadın meyiti tapılıb. Lent.az-ın məlumatına görə, bunu seperatçı Donetsk Xalq Respublikasının baş naziri Aleksandr Zahareçenko deyib. O iddia edib ki, oktyabrın 14-dək Donetsk bölgəsinin Krasnirtmeysk rayonunda Ukrayna ordusunun apardığı əməliyyatlar zamanı 400-dən çox qadın yoxa çıxıb.
18-25 yaşlı həmin qadınlardan 286-nın cəsədi rayon yaxınlığındakı ərazidən tapılıb. Seperatçıların nümayəndəsi bildirib ki, qadınların hamısı ənsəsindən vurularaq öldürülüb və onların meyitlərinin üzərində cinsi zorakılıq əlamətləri olub.