Ukrayna Rusiyaya borcunu yazda ödəyəcək
04 dekabr 2013 04:29 (UTC +04:00)

Ukrayna Rusiyaya borcunu yazda ödəyəcək

Ukraynanın «Naftoqaz» şirkəti Rusiyanın «Qazprom» konserni ilə oktyabr-dekabr aylarında alınmış qazın ödənişini 2014-cü ilin yazında ödənilməsinə dair razılığa gəliblər.


 

Lent.az-ın  «RİA Novosti»-yə istinadən məlumatına görə, bu barədə «Naftoqaz» şirkəti idarə heyətinin sədri Yevgeni Bakulin bildirib.  

 

«Bölgələrdə bu günə olan problem və məsələləri həll etmək üçün  biz oktyabr, noyabr və dekabr üzrə ödənişləri yaz mövsümünə keçirtdik», deyə o bildirib.  

O, bunu şirkətlər arasında öncədən əldə edilmiş razılıqla izah edib.

 

Mənbə xatırladıb ki, Ukraynanın energetika naziri Eduard Stavitski noyabrda «Naftoqaz»-la  «Qazprom»un  Rusiya qazının Ukraynaya ixracatı üzrə yeni ödəniş qrafikinə dair kompromisli razılaşmaya nail olduqlarını bildirmişdi. Nazir o zaman razılaşmanın təfərrüatlarını açıqlamamışdı.  

 

«Naftoqaz» rəhbəri həmçinin əlavə edib ki, Nazirlər Kabinetinin fəaliyyətinin bloklanması səbəbindən şirkət avqust ayı üzrə olan qaz borcunu dekabrın 7-dək ödəyə bilməyəcək.   

 

Bakulinin sözlərinə görə, avqust ayı üzrə olan qaz borcunun həcmi 765 mln. dollardır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 689
avatar

Oxşar yazılar