Ukrayna Rusiyadan təbii qaz idxalını dayandırıb
12 noyabr 2013 05:53 (UTC +04:00)

Ukrayna Rusiyadan təbii qaz idxalını dayandırıb

Ukraynanın «Naftoqaz Ukrayna» şirkəti noyabrın 8-dən etibarən Rusiyanın «Qazprom» şirkətinə təbii aqz pulunu ödəməyi tamamilə dayandırıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, noyabrın 11-də Rusiyanın Yanacaq-energetika idarəsinin dispetçer mərkəzindən bildirilib.

 

 

Ukraynanın energetika və Daş kömür sənayesi naziri Eduard Stavtski «RİA Novosti»-yə deyib ki, «Naftoqaz» oktyabrda  «Qazprom»la ödəşib.

 

Mənbə bildirib ki, bu ilin oktyabrında «Naftoqaz» Rusiyada 3,2 milyard kubmetr qaz alıb, ancaq noyabrın ilk günlərində bu ixracat iki dəfə azalıb, noyabrın 8-dən isə «mavi yanacaq» ixracatı dayandırılıb.

 

 

Oktyabrın sonunda isə «Qazprom»un başçısı Aleksey Miller bildirib ki, Ukrayna tərəfi bu ilin avqustunda aldığı qazın pulunu ödəməyərək, Rusiya şirkətinə 882 milyon dollar borclu qalıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1102
avatar

Oxşar yazılar