Ukrayna prezidenti Vilnüsə gedəcək
26 noyabr 2013 21:36 (UTC +04:00)

Ukrayna prezidenti Vilnüsə gedəcək

Ukraynanın prezidenti Viktor Yanukoviç ilk dəfə Vilnüsdə Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» zirvə toplantısına qatılacağını bildirib.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, o,  planın dəyişmədiyini və Vilnüsə gedəcəyini dəfələrlə sölyədiyini vurğulayıb.

 

Ukrayan prezidenti AB-yə assosiativ üzvlük haqda müqavilənin imzalanması məsələsini belə dəyərləndirib: «İstənilən anlaşma əsaslandırılmalıdır».

 

O, qeyd edib ki, Ukraynanın avrointeqrasiya yolunda başlıca hədəf  «milli marağın qorunmasıdır».

 

Xatırladaq ki, indiyə kimi onun Vilnüsə gedəcəyi məsələsi belə qətiləşməmişdi.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720
avatar

Oxşar yazılar