Ukrayna prezidenti Moskvaya gedib
09 noyabr 2013 22:25 (UTC +04:00)

Ukrayna prezidenti Moskvaya gedib

Ukrayna prezidenti Viktor Yanukoviç noyabrın 9-da rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, «Şərq tərəfdaşlığı» sammiti öncəsi Moskvada ikitərəfli ticarət və iqtisadi münasibətləri müzakirə edəcək.

 

«Radio Svoboda» qeyd edib ki, Ukrayna Avropa Birliyinə assosiativ üzvlüklə bağlı razılaşmanı imzalamağa hazırlaşır, Rusiya isə buna qarşıdır.

 

Moskva rəsmi Kiyevi MDB-nin başqa üzvləri ilə birlikdə Gömrük Birliyinə qoşmağa cəhd göstərir.

 

Xatırladaq ki, Putinlə Yanukoviç oktyabrın 27-də Soçidə keçirilən MDB başçılarının sammitində görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 840
avatar

Oxşar yazılar