Ukrayna parlamentinin sədri Vladimir Rıbak ölkədəki etiraz aksiyalarına güc tətbiq edilməyəcəyini deyib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, o, bunu keçirdiyi brifinqdə bəyan edib.
«Fikrimcə, heç bir güc tətbiq edilməyəcək. Çünki dinc aksiya keçirilir və insanların küçəyə çıxıb öz maraqlarında israr etmək haqqı var» - deyə, sədr bildirib.
O, əlavə edib: «Noyabrın 30-da Müstəqillik meydanında milisin dinc etirazçılara güc tətbiqi bir daha təkrarlanmamalıdır».