Ukrayna baş nazirinin I müavini növbədənkənar seçkilərdən danışıb
05 dekabr 2013 02:03 (UTC +04:00)

Ukrayna baş nazirinin I müavini növbədənkənar seçkilərdən danışıb

Ukrayna baş nazirinin birinci müavini Sergey Arbuzov növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsi haqda məsələni müxalifətlə müzakirə etməyə hazır olduğunu bildirib.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, o, bunu dekabrın 4-də  Ukraynanın «Kanal -5» TV-yə müsahibəsində deyib.

 

O, müxalifət təmsilçilərinin bu məsələni qaldıracağını istisna etməyib. «Biz danışıq aparmalıyıq. Belə rəsmi təkliflər səslənəndə onu müzakirə etmək lazımdır»- deyə, Arbuzov bildirib.

 

Baş nazir müavininin sözlərinə görə, hakimiyyətlə müxalifət danışıqlar masası arxasında oturub, müzakirə etməli, ortaq məxrəcə gəlməlidir: «Müstəqillik Maydanındakı insanların bəyanatlarını şərh etmək çətindir. Fikrimcə, bu bəyanatlar siyasətçilərə lazımdır. Qoy, onlar bunu ayırd etsin».

 

Ölkədə baş verənlərə təmsil etdiyi hökumətin mövqeyini belə açıqlayıb: «Nazirlər kabinetinin rəsmi mövqeyi belədir - mövcud problemin tənzimlənməsi və iqtisadiyyatın sabitləşməsi üçün ortaq məxrəcə gəlinməlidir. Fikrimcə, baş verənlər bizim problemdir. Danışıqlarda ortaq mövqe tapa bilmədiyimiz üçün insan küçəyə çıxdı. Buna yol vermək olmazdı. İndi sakitliklə qarşılıqlı anlaşmaq lazımdır».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575
avatar

Oxşar yazılar