Uçuş zamanı pilot yatıbmış
02 mart 2013 06:28 (UTC +04:00)

Uçuş zamanı pilot yatıbmış

Uçuş zamanı təyyarədə pilotun yatması da az qala adiləşir.

 

Yeni Zelandiya Hava Yollarına aid təyyarənin pilotunun uçuş zamanı yatması ilə bağlı araşdırmanın nəticəsini əks etdirən bildiriş yayılıb.

 

Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, «Air New Zealand» şirkətindən məsələyə ilə balı yayılan açıqlamaya əsasən, Londondan Los-Ancelesə uçan 332 sərnişinlik «Boeing 777-300ER» tipli təyyarənin pilotu 2011-ci ilin noyabrında uçuş zamanı iki dəfə kabinədə yatıb.

 

Mülki Aviasiya İdarəsi və havayolları şirkətinin hesabatında bildirilib ki, həmin pilot  Londonda gecə mehmanxanada qalarkən, kondinsionerin nasazlığı ucbatından 3 i dəfə  otağını dəyişib. Bu səbəbdən də gecə rahat yata bilməyib. Bundan başqa uçuş zamanı kabinədə 3 pilotu olduğu buna görə də sərnişinlərin həyatının təhlükəyə atılmadığı vurğulanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1463
avatar

Oxşar yazılar