Türkiyədə yenə general saxlanılıb.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, 1997-ci il 28 fevral olayları ilə bağlı aparılan istintaq çərçivəsində istefada olan briqada generalı İzzettin İyigün saxlanılıb.
Bu gün İzzettin İyigün ifadəsinin alınması üçün polis nəzarətində təyyarə ilə İstanbuldan Ankara Baş Prokurorluğuna gətiriləcək. Generalın tankların Sincan şəhərində küçələrə çıxması barədə əmr verməkdə ittiham olunduğu bildirilir.