Türkiyənin Şırnaq vilayətində terrorçuların silahlı hücumu nəticəsində 3 polis əməkdaşı şəhid olub, 4-ü isə yaralanıb.
APA-nın yerli mətbuata istinadən xəbərinə görə, vilayətin İdil rayonunda PKK terrorçuları yola yerləşdirdikləri partlayıcı qurğunu polisləri daşıyan zirehli avtomobil keçərkən işə salıblar. 3 polis hadisə yerində ölüb, ağır xəsarət almış digər polislər xəstəxanaya çatdırılıblar.
Eyni vaxtda baş bir qrup isə qumbaraatan və digər iriçaplı silahlarla rayonun Yeni Məhəllə adlanan ərazisində polis bölməsinə hücum edib. Terrorçulara cavab atəşi açılıb. Hazırda ərazidə atışma davam edir.