Liviyanın Qərbindəki Binqazi hava limanında Türkiyəyə uçmağa hazırlaşan təyyarədə qaçaq böhranı yaşanıb.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, Binqazi –İstanbul istiqamətində uçan təyyarəyə kimliyi bilinməyə bir nəfər minmək istəyib.
Heyət vəziyyəti hava limanının təhlükəsizlik xidmətinə bildirdikdən sonra həmin şəxs oradan uzaqlaşdırılıb.
Mənbənin bildirdiyinə əsasən, Liviyada barəsində tutulma qərarı çıxarılan bu şəxs qaçaq yolla Türkiyəyə getmək istəyib. Ancaq aparılan əməliyyat nəticəsində o, təsirsiz hala gətirilib.
Bir saatlıq gecikmədən sonra təyyarə İstanbula doğru uçub.