Türkiyə Suriyada xüsusi əməliyyat keçirib
12 mart 2013 11:15 (UTC +04:00)

Türkiyə Suriyada xüsusi əməliyyat keçirib

35 min dollar müqabilində partlayış törədənlərin necə yaxalandıqları açıqlanıb

 

Bu il fevralın 11-də Türkiyə-Suriya sərhədindəki Cilvegözü sərhəd-keçid məntəqəsində törədilən və 14 nəfərin ölümünə səbəb olan partlayışı törədənlərin necə yaxalandıqları məlum olub.

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə hüquq-mühafizə orqanları terror və kəşfiyyat sahəsində 10 peşəkardan ibarət xüsusi qrup yaradıb.

Bu qrup öncə partlayış törədənləri müəyyənləşdirib. Bu şəxslərdən 2-i 8 və 9 mart tarixlərində Türkiyədə, 3-ü isə bu qrupun Suriyada keçirdiyi xüsusi əməliyyatlar nəticəsində yaxalanıb. Onların 1-i Türkiyə, 4-ü Suriya vətəndaşıdır. Bomba yüklük avtomobili sərhəd-keçid məntəqəsinə gətirərək partlatdıqlarını etiraf edən terrorçular deyiblər ki, bu terror aktını Suriyanın El-Muhaberat kəşfiyyat qurumuna bağlı olan Suriya ordusunun Zirehli Birliklər komandanı Ammid Havvasın təlimatı əsasında həyata keçiriblər. Ammid Havvas bu iş üçün onlara 35 min dollar verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1240
avatar

Oxşar yazılar