Türkiyə parlamentinin sədri dəyişmədi
02 iyul 2013 21:15 (UTC +04:00)

Türkiyə parlamentinin sədri dəyişmədi

Türkiyə Böyük Millət Məclisinin Rəyasət Heyətində keçirilən seçki nəticəsində Cəmil Çiçəki yenidən sədr seçilib.

Cəmil Çiçək üçüncü turda 299 səs alıb. 3-cü turda 477 deputat səs verib. Cümhuriyyət Xalq  Partiyasının namizədi Osman Korutürk 109, Milliyyətçi Hərəkat Partiyasından Faruk Bal 47 səs alıb, 15 bülleten boş olub, 7 səs etibarsız sayılıb.

Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, o, təşəkkür çıxışında bunları bildirib : «Məclisin çalışması üçün yeni bir daxili nizamnamənin qəbul edilməsi vacibdir. Ana yasa və bu nizamnamədə yanlış hökmlər qaldıqca doğru nəticələr əldə etmək mümkün olmayacaq.

Ən başda Qazi Mustafa Kamal Atatürk olmaq üzrə xidmət etmiş bütün şəxsiyyətlərimizi rəhmət və şükranlıqla anırıq. Sivastda, Başbabağlarda və başqa olaylarda həyatını itirən bir çox dəyərli insanlarımız var. Onları da bu vəsilə ilə rəhmət və hörmətlə anırıq. Hamınıza sevgi və sayğılarımı bildirirəm».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 617
avatar

Oxşar yazılar